Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik rəsmisindən Hirkanda günlərlə davam edən yanğınla bağlı AÇIQLAMA

129 Baxış

“Hirkan Milli Parkında baş vermiş yanğın zamanı yaşıl ağaclara ziyan dəyməyib. Ərazidə xəzəl və qurumuş kollar yanıb. Hazırda yanmış ərazilərə dəymiş ziyan hesablanır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Oxu.Az-a Hirkan Milli Parkında baş verən yanğın barədə danışıb.

Onun sözlərinə görə, artıq ərazidə yanğın tamamilə söndürülüb və hadisənin səbəbləri araşdırılır:

“Azərbaycanın Lənkəran rayonu ərazisində yerləşən Hirkan milli parkının ərazisi 40,358 hektardır. Yanğın Astara rayonunun Şindan meşəbəyiliyində baş verib. Hazırda hüquq-mühafizə orqanları və ETSN-nin əməkdaşları tərəfindən baş verən hadisə araşdırılır”.

Xidmət rəisi milli parkda baş verən yanğının söndürülməsinin çətinliyindən də danışıb:

“Bir neçə gün ərzində güclü küləyin olması yanğının qarşısının alınmasında çətinlik yaradırdı. Yanğının söndürülməsində 300 nəfərə yaxın şəxs – Milli Parkın, ərazidə mövcud olan meşə idarəsinin, Fövqəladə Hallar Nazirliyinin yerli bölməsinin əməkdaşları və kənd camaatı iştirak edib”.

F.Əliyev əlavə edib ki, profilaktik tədbirlər baxımından ərazidə yenidən yanğının baş verməməsi üçün növbətçilik sistemi təşkil edilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678