Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Özünə şəhadət arzulayan şəhidimiz

113 Baxış

44 günlük Vətən müharibəsində qanı ilə dastan yazan şəhidlərimizdən biri də İmaməddin Abdullazadədir. 

İmaməddin Abdullazadə 1996-ci il avqustun 4-də Beyləqan rayonunda anadan olub. O, 2014-cü ildə Qazax rayonuna müddətli həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Ailədə üç övlad olublar.

Şəhidin qardaşı Qafar Abdullazadə İmaməddinin həyatı haqqında danışıb. 

Onun sözlərinə görə, İmaməddin ailəsinə, sevdiklərinə çox bağlı idi:

“İmaməddin orta məktəbi bitirdikdən sonra Qazax rayonunda müddətli hərbi xidmətə yollandı.

Həmin ərəfələrdə Aprel döyüşləri gedirdi, İmadəddin də həmin döyüşlərdə şücaət göstərdi. Əsgərliyini başa vurub geri qayıtdıqdan təxminən üç ay sonra yenidən cəbhəyə yollandı, hərbçi olmağı qərara aldı. Beyləqan rayonu N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət etməyə başladı. Hər zaman Vətənə olan borcunu canı, qanı ilə verməli olduğumuzu deyirdi”. 

“Anam hər zaman övladlarına dua edərdi. Bir gün anamla söhbət əsnasında qardaşım ona “ana, dua elə arzuma çatım” deyib. Anam da qardaşımın istəyindən məlumatsız olduğu halda, əl açıb Allahdan oğlunun arzusunun yerinə yetməsini diləyib. Qardaşım daha sonra anama “ana, arzum şəhid olmaqdır” deyib”.

O, noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, İmaməddin Abdullazadə Füzuli, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Sonuncu döyüşü Şuşada Daşaltı kəndində olub və həmin döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Modern.az


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678