Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olundu

137 Baxış

Kanada mətbuatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı məqalə dərc edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Niyə yəhudilər 20 yanvarda Azərbaycanla həmrəy olmalıdırlar?” başlıqlı məqalənin müəllifi siyasi analitik, “Safadi” beynəlxalq diplomatiya, araşdırma, ictimaiyyətlə əlaqələr və insan hüquqları mərkəzinin əməkdaşı Reyçel Avraamdır.

Məqalədə qeyd olunub ki, insan azadlığı və ləyaqətini düşünən hər kəs Sovet İttifaqının Qara Yanvar günü etdiklərini heç vaxt unutmamalıdır.

Məqalədə millətlərin çoxmədəniyyətliliyi ilə qürur duyan, diskriminasiyanın hər növünü pisləyən, dini məbədlərin, o cümlədən sinaqoqların sərbəst şəkildə fəaliyyət göstərdiyi Azərbaycan kimi ölkələrə minnətdarlıq ifadə edilib. Məhz buna görə yanvarın 20-də dünyadakı yəhudi xalqı Azərbaycanla həmrəy olmalıdır.

Məqaləni daha ətraflı buradan oxuya bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678