Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusu gözdən müəyyənləşdirmək mümkündür

172 Baxış

Britaniyalı alimlər koronavirusu gözdən təyin etməyin yolunu tapıblar.

“British Medical Journal”da dərc edilən tədqiqatda deyilir ki, gözlərdə iltihab, qaşınma və fotofobia COVID-19-dan xəbər verə bilər.

Qaşınma, iltihab və işığa dözümsüzlük konyunktivit də daxil olmaqla digər xəstəliklərdə də geniş yayılıb. Lakin mütəxəssislər gözlərindəki narahatlığın özünü koronavirus infeksiyasının ilkin mərhələsində göstərə biləcəyi qənaətinə gəliblər.

Tədqiqatda iştirakçıların ən çox rast gəldiyi üç göz simptomu- fotofobia (18 faiz), göz ağrısı (16 faiz) və gözlərdə qaşınma (17 faiz) olub. Yəni, 81 faiz xəstələr onlarda COVID-19-un digər simptomlarından iki həftə sonra gözdəki simptomların inkişaf etdiyini bildiriblər. 80 faiz xəstədə simptomlar iki həftədən az davam edib.

Fotofobianın yalnız parlaq günəş işığına məruz qaldıqda deyil, həm də cib telefonunun, kompüterin ekranından və kamindəki atəşdən də yarana biləcəyi qeyd olunur. Alimlər müəyyən ediblər ki, koronavirus görmə qabiliyyəti olmayan insanların gözlərində də diskomfort hissinə səbəb olur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678