Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Allahşükür Paşazadə: “Mixail Qorbaçov cəzasını almalıdır”

158 Baxış

“20 Yanvar şəhidləri müstəqilliyimiz, xalq yolunda özlərini qurban verdilər”. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib. 

O deyib ki, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı. 

“Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik”, – deyə o əlavə edib. 

Şeyxülislam qeyd edib ki, 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır. 

“Mixail Qorbaçov bu yaxınlarda açıqlama verdi, ikibaşlı danışdı. O, hələ də ermənilərin maraqlarına xidmət edən açıqlamalar verir”.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678