Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Parlamentin “həkim korpusu” bir çox dinləmələr keçirəcək

121 Baxış

Milli Məclisdə koronavirus infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlərə dair dinləmələrin keçirilməsi gözlənilir.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, bu barədə parlamentin Səhiyyə komitəsinin 2021-ci il üçün yaz sessiyasının iş planında bildirilir.

Həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı  normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair, optika və optikaçılıq ilə bağlı, ürək-damar sistemi xəstəliklərinə dair dinləmələrin keçirilməsi məsələsi iş planına daxil edilib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678