Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi – RƏSMİ

161 Baxış

Gecə saatlarından yağmağa başlayan qar Muğanlı, Ağsu, Yevlax, İsmayıllı, Qəbələ, Oğuz, Şəki istiqamətində avtomobil yollarında nəqliyyatın hərəkətini çətinləşdirib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, Muğanlı ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq, Ağsu dolaylarında yol qardan təmizlənib. Yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman olsa da, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda isə avtomobil yolunun kənarlarında 30-35 sm qar var. Gecə saatlarından etibarən burada da yol qardan təmizlənib, qum və duz səpilib. 4-5 dərəcə şaxta müşahidə edilir. Yolun yoxuşlu hissələrində, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib.

Bununla yanaşı kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ – Oğuz – Şəki rayonlarından keçən avtomobil yolunda isə zəif qar yağsa da, yolda ciddi problemlər müşahidə olunmayıb.

Sözügedən ərazilərdə 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar əriyib. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678