Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

KOB mərkəzləri tərəfindən ödənişsiz xidmətlər barədə məlumat verilib

427 Baxış

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzi bank olmayan kredit təşkilatları (BOKT) ilə onlayn görüş keçirib. 

KOBİA-dan verilən məlumata əsasən, görüş mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlığının artırılması və maliyyə resurslarına çıxışının yaxşılaşdırılması məqsədilə keçirilib.

Tədbirdə BOKT-larda KOB subyektlərinin maliyyə resurslarına çıxışı, KOB-lar üçün tətbiq edilən maliyyə alətləri və onlardan istifadə imkanları, kredit müraciətlərinə dair müasir tələblər və s. müzakirə edilib.

Onlayn tədbirdə KOB-ların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması üçün KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq təqdim edilən xidmətlər barədə məlumat verilib, mərkəzlərdə təşkil edilən təlim və seminarların, biznes planın hazırlanmasına göstərilən dəstəyin, məsləhət, şəbəkələşmə və digər xidmətlərin KOB-ların maliyyə savadlığının artırılmasında və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində faydalı olduğu vurğulanıb.

Bakı, Sumqayıt və digər regionlarda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində göstərilən xidmətlər KOB-larla yanaşı, kredit təşkilatlarının da işini asanlaşdıracaq və ölkə üzrə dayanıqlı, inkişafyönümlü sahibkarlıq xidmətlərinin artmasına dəstək olacaq.

Görüşdə banklarla yanaşı, BOKT-lar da KOB inkişaf mərkəzləri ilə sıx əməkdaşlığa dəvət edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678