Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

COVID-19 kəskin, ya xroniki xəstəlikdir?

120 Baxış

Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır.

Türkiyəli professor Osman Müftüoğlu COVID-19-un kəskin və ya xroniki xəstəlik olması fikirlərinə aydınlıq gətirib.

NTV xəbər verir ki, o koronavirus xəstəliyinin bilinən tərəflərinin hələ də son dərəcə məhdud olduğunu bildirib.

“Şübhəsiz, COVID-19 kəskin infeksiya xəstəliyidir. Qızdırma, titrətmə, boğaz ağrısı, öskürək, nəfəs darlığı və güclü zəifliklə özünü göstərir. Ümumiyyətlə, iki və ya üç həftəlik kursdan sonra ilkin kəskinləşmə yatırılır və xəstələr tamamilə sağalırlar.

Başqa sözlə desək, insanların çoxu xəstəliklə bağlı problemləri ən geci bir ay ərzində tamamilə aradan qaldırır,  tam sağalaraq evinə və işinə qayıda bilir. Ancaq bu şansı əldə etməyən xəstələr də var. Və bu xəstələrdə COVID-19-un fəsadı daha uzun çəkir”, – deyə professor qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniyada aparılan yeni araşdırma nəticəsində 2020-ci ilin ilk səkkiz ayında COVID -19 diaqnozu ilə müalicə olunan 47 780 xəstənin 30 faizində (14 140 xəstə) sağaldıqdan sonra 140 gün ərzində nəfəs darlığı, yüksək qan şəkəri və ya ürək-damar xəstəliyi özünü göstərib. Hətta bu insanların 12,3 faizi həyatını itirib.

Xəstəliyin təkrarlanması və ağciyər/ürək-damar xəstəliklərinin ağırlaşması səbəbindən yenidən xəstəxanaya yerləşdirilməli olan xəstələrin əsas hissəsini yaşlılar (65 yaşdan yuxarı) təşkil edib.

“Bu xəstəlikdə xüsusən də immunitet sistemində yarana biləcək fəsadın gözləniləndən daha çox olması mümkündür. Bəzi məlumatlar hətta xəstəlikdən sonra fərqli orqanlarda (beyin, qaraciyər, böyrək, ürək) bəzi otoimmun fəsadların meydana gələ biləcəyini göstərir. Bu səbəbdən koronavirusu keçirmiş, xüsusilə də 50 yaşdan yuxarı olan hər kəs öz sağlamlığının qayğısına qalmalı və xəstəlikdən sonra da nəzarəti əldən verməməlidir”, – deyə həkim xəstəliyin xroniki hala keçə biləcəyini qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678