Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik olub

156 Baxış

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilib.

Bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin iki strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsinə 63-67-ci hissələr əlavə edilib:

“63. Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü lisey

64. Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey

65. Şirvan şəhər kimya-biologiya təmayüllü lisey

66. Şəki şəhər kimya-biologiya təmayüllü lisey

67. Şəmkir rayonu kimya-biologiya təmayüllü lisey”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678