Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Musa Quliyevin sədri olduğu komitədə üç dinləmə keçiriləcək

130 Baxış

Milli Məclisin yaz sessiyasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanması üzərində iş davam etdiriləcək.

Milli Məclisin Mətbuat xidmətinin məlumatına görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.

O bildirib ki, yaz sessiyasında komitədə üç dinləmənin keçirilməsi nəzərdə tutulur.

“Bunlar şəhid ailələrinin və əlilliyi olan şəxslərin sosial müdafiəsi, əhalinin məşğulluğunun təmin edilməsi və  “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı olacaq”, – deyə M.Quliyev əlavə edib.

Komitə sədri “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi barədə də məlumat verib.

Millət vəkili bildirib ki, sosial müdafiəyə ehtiyacı olan bir qrup insan üçün “Məşğulluq haqqında” qanunda 5 faizlik kvota müəyyənləşdirilib:

“Yəni onlar birinci növbədə işlə təmin edilməlidirlər. Bu dəyişikliklə həmin kateqoriyaya şəhid ailələrinin üzvləri də daxil edilir. Qanunun 4 maddəsinə ediləcək dəyişikliklər şəhid ailələrinin həm işə götürülməsi, həm peşə hazırlığı, həm özünəməşğulluq tədbirlərinə, həm də haqqı ödənilən ictimai və sosial işlərə cəlb olunmasında üstünlük yaradan məsələdir. Bu dəyişikliklər dövlətimizin şəhid ailələrinə diqqətinin daha bir nümunəsidir. 

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678