Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

129 Baxış

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində “Mercedes” markalı minik avtomobilinin qarda batması nəticəsində sürücü və 2 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil və içərisində olan şəxslər təhlükəsiz əraziyə çıxarılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678