Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xəzərdə balıq ovuna qadağa var? – AÇIQLAMA

131 Baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində balıq ovunun qadağan olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. 

Oxu.Az-ın məlumata görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev danışıb.

Onun sözlərinə görə, daxili su hövzələri və Xəzər dənizində həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur:

“Sadəcə olaraq, həvəskar balıq ovu ilə məşğul olanlar beş kiloqramdan çox balıq ovlaya bilməzlər. Təbii ki, balıq ovu böyük həcmdədirsə, o zaman məhdudiyyət tətbiq edilir”.

Xidmət rəisi qeyd edib ki, ovla məşğul olmaq istəyən şəxslər ilk növbədə ovçuluq bileti əldə etməlidir.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678