Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ziyafət Əsgərov: “Hərbçilərin statusuna yeniliklər edilməsi zərurəti yaranıb”

134 Baxış

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi 2021-ci ilin yaz sessiyası ərzində  “Hərbi qulluqçuların statusu haqqında” və “Daxili qoşunlar haqqında” qanun layihələrini müzakirəyə çıxaracaq.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu barədə komitənin iclasında komitə sədri Ziyafət Əsgərov bildirib.

O bildirib ki, 2020-ci ildə Azərbaycanın hərb tarixində baş verən mühüm hadisə – Vətən müharibəsi xüsusilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna bir sıra yeniliklərin edilməsi zərurətini yaradıb. 

Yaranmış yeni reallıqla əlaqədar “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində gedən iş prosesi barədə onlayn iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyidin məlumatı dinlənilib. Sonra deputat Nizami Səfərov həmin sənədlə bağlı fikirlərini açıqlayıb. 

Yekunda yaz sessiyasının iş planı təsdiqlənib. 

İclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də baxılıb. Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan bu layihə çox humanist sənəddir, qanuna 21.1.4-1-ci maddə əlavə edilməklə “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə” birdəfəlik möhlət hüququ verilir. 

Müzakirə zamanı deputatlar Aydın Mirzəzadə və Arzu Nağıyev rəy və təkliflərini nəzərə çatdırıblar. 

Sonra  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678