Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paytaxtda Nizami Gəncəvinin mozaikası sökülür? – AÇIQLAMA + FOTO

135 Baxış

Bakının Xətai rayonu Nobel prospektində divar üzərində Nizami Gəncəvinin rəsmi işlənən mozaika sökülür.

Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlar tərəfindən müraciət ünvanlanıb. Vətəndaş iddia edir ki, sözügedən bina Xətai rayonunda ASAN Xidmət mərkəzinin yaxınlığında yerləşir: 

“Bir neçə il əvvəl orada yanğın olmuşdu. Səhv etmirəmsə, o hadisədən sonra binanın hasarı üzərində işlənən mozaika gördüyünüz hala düşdü. Daha sonra da düzəldən olmadı. Ərazi üzrə nə icra hakimiyyəti, nə də digər aidiyyəti qurumlar, nazirliklər bu məsələ ilə maraqlanmayıb. Sökülən hissə məhz Nizami Gəncəvinin üz hissəsidir, mozaikanın ətrafına toxunmayıblar”.

Xətai Rayon İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Pənah İmanov mövzu ilə əlaqədar Oxu.Az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib:

“Sözügedən ünvanda binanı əhatə edən hasarın üzərində işlənən mozaikanın dağılması ilə bağlı məlumatlıyıq. Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib, zəruri araşdırma aparılıb. Hazırda həmin mozaikanın bərpası və ya yenidən işlənməsi istiqamətində mümkün olacaq variantlar dəyərləndirilir. Bu istiqamətdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək”


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678