Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabirabad sakinindən qurudulmuş marixuana götürülüb – FOTO

134 Baxış

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiki qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiki qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayonun Qalaqayın kənd sakini Qasım Orucovun yeri müəyyən edilərək polis şöbəsinə gətirilib.

Davam etdirilən tədbirlərlə Q.Orucovun həmin kənd ərazisində yerləşən evinə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidə karton qutularda gizlətdiyi üç kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
 
 Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678