Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zərdabda narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb – FOTO

135 Baxış

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsi və satışında şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Həsənov tutulub.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, S.Həsənovdan sellofan torbada təmiz çəkisi 500 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və öz istifadəsi ilə yanaşı satmaq niyyəti ilə əldə etdiyini etiraf edib.

Qeyd olunan faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678