Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə mobil vasitələrin və ya masaüstü kompüterlərin bazar payı məlum olub

114 Baxış

Ölkədə mobil vasitələrin bazar payı cüzi də olsa artıb.

Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, yanvar ayında mobil vasitələr istifadəçilərinin sayına görə bazarda masaüstü kompüter və tebletlərə nisbətən daha çox paya sahib olub və ötən ay onun istifadəçilərinin sayı 0,36 faiz bənd artıb.

Belə ki, ötən ay ərzində mobil vasitələrin bazar payı 61,56 faiz təşkil edib. 2020-ci ilin dekabr ayında isə bu vasitələrin bazar payı 61,2 faiz olub.

Müvafiq dövrdə masaüstü vasitələrin bazardakı payı isə 37,35 faiz təşkil edib və 2020-ci ilin dekabr ayı ilə müqayisədə onun istifadəçilərinin sayı 0,32 faiz bənd azalıb.

Azərbaycan bazarlarında tablet istifadəçilərin sayı isə 1,09 faiz təşkil edib. Dekabr ayının göstərəciləri ilə müqayisədə onların bazar payı 0,04 faiz bənd azalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678