Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “Tarif Şurası hesabat verməlidir”

147 Baxış

Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin artırılmasına etiraz edib. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu bildirib. 

“Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, – deyə S.Rüstəmxanlı əlavə edib. 

O təklif edib ki, Tarif Şurası parlamentə dəvət olunmalıdır və hesabat verməlidir. 

“Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678