Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərsu” rəsmisi: “Çalışacağıq ki, gəlirlər sabit olaraq saxlanılsın”

133 Baxış

“Tariflərin artımı əhali qrupuna şamil olunur. Bu istiqamətdə təhlillər aparılıb. Təhlillərə görə, şirkətin ƏDV xaric gəlirlərinin 92,5 milyon manat artacağı proqnozlaşdırılır”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov deyib.

O bildirib ki, bu istiqamətdə müvafiq dövlət qurumları ilə təhlillər aparılıb:

“Təbii ki, ən vacib məsələ bazar iqtisadiyyatının qaydalarıdır. Qiymət qalxdıqca məhsullara tələbat azalır. İlkin qiymətləndirmələrimizə görə, istehlak 3-5 faiz azala bilər. “Azərsu” ASC bunu diqqətdə saxlayacaq. Çalışacağıq ki, istehlak səviyyəsi artsın və abonentlərin sayının artması ilə gəlirlər sabit olaraq saxlanılsın”.

“2020-ci ildə tariflərin artımından əvvəl dövlət maliyyə yardımı həyata keçirirdi ki, bu da şirkətin cari təxirəsalınmaz xərclərinin ödənilməsinə xərclənirdi. Məsələn, əmək haqlarının ödənilməsinə, mal-materialların təminatına, məcburi dövlət vergilərinin ödənilməsinə, enerji haqlarının ödənilməsinə və s.

Tarif artımından əldə olunan vəsait istehlakçılara yönləndiriləcək və istehlakçılar bunu onlara göstərilən xidmət səviyyəsinin artımında müşahidə edəcək. Eyni zamanda subsidiya ilə bağlı deyim ki, tarifin artımı qurumun büdcədən asılılığını azaldacaq. Asılılıq azaldıqca büdcədə yaranan əlavə maliyyə vəsaiti əhalinin digər sosial xidmətlərinə yönəldiləcək”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678