Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Anar Cəbrayıllı: “İşğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı layihəmiz yoxdur”

131 Baxış

“Hələ ki, işğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı hər hansı bir layihəmiz yoxdur”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistin həmin ərazilərdən Bakıya su çəkilişinin nəzərədə tutulub-tutulmaması ilə bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, həmin mənbələrdən istifadə ilə bağlı gələcəkdə hər hansı layihələr olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:

“Bakı şəhərinə işğaldan azad olunan ərazilərimizdəki çaylardan, yeraltı sulardan və digər mənbələrdən gələcəkdə suyun çəkilməsi ilə bağlı layihəyə baxılacaq. Bu mövzu hələ ki, gündəmdə deyil”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678