Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN əməliyyat keçirdi: Vətəndaşlardan silah-sursat götürülüb – FOTO

135 Baxış

Polis əməkdaşları tərəfindən dörd rayonda keçirilən əməliyyatlarla xeyli sayda odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyevdən “Makarov” markalı nömrəsi silinmiş tapança, bir ədəd patron darağı və dörd ədəd patron aşkar edilib.

Bundan başqa, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə kənd sakinləri T.Gözəlov və Q.Gözəlov saxlanılıb. Onlardan iki ədəd “TOZ-16” markalı ov tüfəngi və bir ədəd çöl quşu götürülüb.

Beyləqan rayonunun Şəfəq qəsəbə sakini N.Cabbarlıdan və İsmayıllı rayonunun Mücühəftəran kənd sakini E.Piriyevdən isə müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678