Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daşkəsən sakinlərindən narkotik maddə aşkar edilib

120 Baxış

Daşkəsən rayon sakinlərindən narkotik maddə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayonun Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş, Anar Orucov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman təmiz çəkisi 26.337 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Orucova məxsus, fərdi yaşayış evinə baxış keçirilib və həyətyanı sahədən, bir ədəd sellofan torbada, təmiz çəkisi 1 kq 010 qram narkotik vasitə olan “marixuana” aşkar edilib. Bundan başqa davam etdirilən digər bir əməliyyat-axtarış tədbiri nəticəsində Quşçu kəndinin digər bir sakini Elçin Əmrahovdan da 20.540 qram narkotik vasitə aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678