Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elm və təhsil müəssisələrində azı 25 il çalışmış şəxslərə Prezident təqaüdü veriləcək – RƏSMİ

115 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarına müraciət edib.

Oxu.Az-ın məlumatına görə, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Prezidentinin fərmanına əsasən, pensiya əlavələrinin əvəzinə eyni məbləğdə Prezidentin aylıq təqaüdü təsis edilib.

Təqaüdün təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv qaydada (vətəndaşın müraciəti olmadan) həyata keçirilir.

Hər hansı səbəbdən proaktiv təyinat aparılmamış bu kateqoriyadan olan vətəndaşlara Prezidentin təqaüdünün təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə aşağıdakı sənədlərlə müraciət etmələri tövsiyə olunur:

Şəxsiyyət vəsiqəsinin surəti;

Əmək kitabçasının surəti;

Elmi dərəcəsini təsdiq edən sənədin surəti.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678