Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha 12 müəssisədən Rusiya Federasiyasına pomidor ixracına icazə verilib

699 Baxış

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Bununla bağlı AQTA-dan məlumat verilib.  

Məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti  (“Rosselxoznadzor”) arasında aparılan müzakirələr, 14-29 yanvar tarixlərində təsərrüfatlarda həyata keçirilən videomonitorinqlər  və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində 5 fevral 2021-ci il tarixindən daha 12 pomidor istehsalı müəssisəsindən (“Amoris” MMC, “Alza Holding-1” MMC, “BVB Kənd Təsərrüfatı Müəssisəsi” MMC, “H and M Agro” MMC, “Aqroinnova” MMC, “Agro” MMC, “Agro-Land-Az” MMC, “A-Alyans” MMC, “Paradise Agro” MMC, “T Tomates” MMC, “Kürdəmir Agro” MMC  və Quliyev Bəşir Şain oğluna məxsus müəssisələrdən)  pomidor ixracına icazə verilib.  

Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə  müzakirələr davam edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678