Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

NAYORA-nın Vətən müharibəsindəki fəaliyyəti dünyanın ən böyük beynəlxalq təşkilatı tərəfindən qiymətləndirildi

277 Baxış

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Azərbaycanda qeyri-hökumət təşkilatlarının Vətən müharibəsi dövründə humanitar fəaliyyətinə dair hesabat dərc edib.

Gənclər Təşkilatları Milli Şurası (NAYORA) həmin hesabatda ən fəal təşkilatlardan biri kimi ikinci yerdə qərarlaşıb.  

Öz ətrafında 133 üzv təşkilatı toplayan NAYORA müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun tarixi qələbə qazandığı Vətən müharibəsində arxa cəbhədə olduqca fəal rol oynayıb, müharibədən zərər çəkən ailələrə gənclərin dəstəyini nümayiş etdirmək üçün yardım kampaniyaları həyata keçirib. Kampaniya çərçivəsində əvvəllər muzdlu əsaslarla fəaliyyət göstərib və müharibə zamanı ordu sıralarına qoşulmuş gənc əsgərlərin aztəminatlı ailələrinə sosial yardım paketləri göndərilib, eləcə də ailələrə mənəvi dəstək göstərilib. 

Bundan başqa, NAYORA gənclər təşkilatlarını səfərbər edərək, informasiya müharibəsində düşmən təxribatlarını ifşa edən bəyanatlar verərək, dünyanın müxtəlif nüfuzlu gənclər təşkilatlarına ünvanlayıb. 

NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir. Ali Baş Komandanın öndərliyi ilə rəşadətli ordumuzun parlaq qələbəsindən sonra Azərbaycan gəncliyinin layiqli təmsilçiliyi üçün gənclər təşkilatlarının beynəlxalq sferada fəallığının təmin edilməsi prioritet istiqamət kimi müəyyən edilib.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678