Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəbə gedən uşaqlardan sağlamlıq kağızı tələb olunacaq? – AÇIQLAMA

149 Baxış

Əyani sürətdə məktəbə gələn uşaqlardan sağlamlıq haqqında arayış tələb olunmur.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayımda məlumat verib.

O bildirib ki, belə bir formal prosedura ehtiyac yoxdur:

“Son zamanlar bu cür məlumatlar yayılır. Lakin, bildiririk ki, məktəblərdən şagirdlərin sağlamlıqları haqqında arayış tələb olunmur. Təhsil müəssisəsinə daxil olan zaman uşaqların hərarəti yoxlandığı üçün belə bir prosedura ehtiyac yoxdur”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678