Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü: Yaralılar var

132 Baxış

Mingəçevirdə təcili tibbi yardım avtomobili qəzaya düşüb.

Oxu.Az-ın məlumatına görə, Ağdaş rayonundan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstə gətirən təcili tibbi yardım maşını şəhərin 20 Yanvar küçəsində minik avtomobili ilə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüləri xəsarət alıblar. Təcili tibbi yardım avtomobilində olan xəstə və hər iki sürücü şəhər xəstəxanasına yerləşdirilib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sürücülərin vəziyyəti kafi qiymətləndirilir. Maşında olan xəstə isə qəza zamanı xəsarət almayıb.

Dursun Tağıyeva


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678