Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azalan Kür suyuna alternativ – VİDEO

117 Baxış

Kənd təsərrüfatının inkişaf etdirilməsində Baş Mil-Muğan kollektorunun əhəmiyyəti olduqca böyükdür. Uzunluğu 139 kilometr olan kollektor 250 min hektar sahəyə xidmət göstərir. 
Baş Mil-Muğan kollektorunun əsas vəzifəsi çirkab suların maneəsiz şəkildə heç bir enerji sərf etmədən Xəzər dənizinə axıdılmasıdır. 

Baş Mil-Muğan kollektorunun baş mühəndisi Qurban Rzayev bildirir ki, kollektorun digər vəzifəsi ərazidə baş verə biləcək sel və daşqın sularını ötürmək, ən ümdəsi isə Kür çayının ekoloji tarazlığının qorunması, yəni çay yatağında suyun səviyyəsinin aşağı olduğu vaxtlarda qrunt sularının Kür çayına axmasının qarşısının alınmasıdır. 

Məlumdur ki, son illər Kür çayında suyun səviyyəsi minimum həddən də aşağı olur. Nəticədə yaz-yay aylarında əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaşanır. Mütəxəssislər hesab edir ki, zərurət yaranarsa, əkin sahələrinin suvarılmasında Baş Mil-Muğan kollektorunun suyundan da istifadə etmək mümkündür. 

Baş Mil-Muğan kollektorunun suyundan texniki məqsədlər üçün kənd təsərrüfatı bitkilərinə, taxıla, yoncaya və fermerlərin heyvanların su təlabatının ödənilməsi üçün istifadə etmək mümkündür. O halda ki, duzluluq səviyyəsi 3-5 arası olsun. 

Qeyd edək ki, kollektordan saniyədə 107 kubmetr su sərfi ötürülür. Kritik halda isə 140 kubmetr ötürmək də mümkündür. Hər il Baş Mil-Muğan kollektorundan Xəzər dənizinə 1,6-1,7 milyard kubmetr minerallaşmış qrunt suları axıdılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678