Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı həbsxanasında məhbus qeyri-adi nərd hazırlayıb – VİDEO

138 Baxış

Nərd deyəndə ağlımıza ənənəvi – taxtadan hazırlanan, üzərində müxtəlif təsvir və naxışların əks olunduğu forma gəlir. Ədliyyə Nazirliyinin 15 saylı cəzaçəkmə müəssisəsindəki məhkum isə xüsusi formalı nərd hazırlayır.

“Report” bununla bağlı cəzaçəkmə müəssisəsindən reportaj hazırlayıb.

Xüsusi zövqlə, taxta üzərində əllə oyma sənəti ilə işlənən nərdi digərlərindən fərqləndirən əsas cəhət üz qapağında xüsusi şüşənin istifadə olunmasıdır.

Şüşənin altında isə milli-mənəvi dəyərlərimizi əks etdirən müxtəlif fiqurlar, dövlət atributları, yaxud sifarişə əsasən müxtəlif qurumların emblemləri yerləşdirilir.

Bundan başqa, nərdə şahmat və dama oynamaq üçün xüsusi taxta da əlavə olunub.

Məhkum bildirir ki, belə bir nərdi hazırlamaq öz ideyasıdır.

O, məhkum olunana qədər zərgərliklə məşğul olub, nərd hazırlamaq sənətini isə cəzaçəkmə müəssisəsində öyrənib. Ancaq bu işi də elə zərgər dəqiqliyi və zərgər zövqü ilə işləyir. Onun hazırladığı nərd böyük marağa səbəb olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678