Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paytaxt üzrə koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı – SİYAHI + FOTO

113 Baxış

Bakı şəhəri üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 15,1%-i Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,1% ilə Xətai rayonu qərarlaşır. 

Digər rayonlar üzrə isə Yasamalda 12,2%, Sabunçuda 10,8%, Suraxanıda 8,2%,  Nərimanovda 8,1%, Nəsimidə 7,8%, Nizamidə 7%, Xəzərdə 6,9%, Qaradağda 5,3%, Səbaildə 5%, Pirallahıda isə 0,5% yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,2%-i Bakı şəhərində qeydə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678