Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabirabad sakinindən odlu silah götürüldü

143 Baxış

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah gəzdirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Məhəmməd Vahidov Qaratuğay kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

M. Vahidovdan üzərində gəzdirdiyi müvafiq qeydiyyatı olmayan bir ədəd tüfəng aşkar edilərək götürülüb. 
 
Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678