Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağamir Sultanov: “Müharibənin ilk günündə düşmənin 500-ə qədər hədəfi məhv edilib”

126 Baxış

“Ötən ilin sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq və işğal altında olan əraziləri azad etmək məqsədilə Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks hücum əməliyyatına başladı. Döyüşə girən artilleriya bölmələrimizin düşmən üzərinə endirdiyi kütləvi atəş zərbəsi ilə onun dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə uğradaraq şok təsiri yaratmışdı”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

“Düşmənin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini sıradan çıxararaq, havada üstünlüyümüzü təmin etdik. Döyüşün ilk günü kütləvi atəş zərbələrində artilleriya bölmələri tərəfindən düşmənin 500-ə qədər hədəfi məhv edilib”, – deyə o, vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678