Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli mütəxəssislər Vətən müharibəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım edir – FOTO

118 Baxış

Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyası davam etdirilir. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, II Qarabağ müharibəsində psixoloji problemlər yaşayan qazi və şəhid ailəsi üzvlərinin, erməni terrorundan zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Türkiyədən bir qrup klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib.

FHN-in “112” qaynar telefon xətti vasitəsilə psixoterapevtik yardım üçün qeydiyyata yazılmış vətəndaşlardan bu günədək 300-ə yaxın şəxsə mütəxəssislər tərəfindən müvafiq yardım göstərilib.

Xatırladırıq ki, ödənişsiz psixoloji yardım almaq üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng etmək lazımdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678