Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cinayətini maskalamaq üçün ailə üzvlərindən istifadə edən narkotacir ələ keçdi – FOTO

118 Baxış

Fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Belə ki, həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diqqəti cəlb edib.

Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd etdib, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq, ərazidən qaçmağa çalışarkən saxlanılıb. Saxlanılan şəxsin öz hərəkətlərini maskalamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunub.

Saxlanılan şəxsin Qazax rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Xəyyam Camal oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr aşkar olunaraq götürülüb.

Eyni tarixdə Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasitəyə oxşar maddələr aşkarlanaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678