Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yanvarda sosial təminat üzrə əhaliyə ödənilən məbləğ açıqlandı

116 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında ümumilikdə 2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Qurumdan verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 11,9 faiz və ya 51,8 milyon manat çox olmaqla 486,9 milyon manat vəsait ödənilib. 

Onu da bildirək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Bu artımlar üçün fond tərəfindən əlavə olaraq illik 444 milyon manat sərf olunacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678