Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Abid Şərifov nəvəsinin hotel kompleksi tikdirməsini təsdiqlədi: “Bunu böyütmək nəyə lazımdır?”

254 Baxış

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə hotel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.

Unikal.org-a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib.

O bildirib ki, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən istismara verilən “Şəki Park” hoteli nəvəsinə məxsusdur:

“Nicat mənim qızımın oğludur. Şəkidə inşa etdirdiyi obyektə otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”

Qeyd edək ki, “Şəki Park” hotel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678