Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sosial təyinatlı xərclərə ayrılan vəsaitin həcmi açıqlandı

128 Baxış

Sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönələn vəsaitin həcmi artıb.

Bu barədə informasiya Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda öz əksini tapıb.

Belə ki, dövlət büdcəsi xərclərinin 36,5 faizi və ya 9 milyard 652 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.

Qeyd edilib ki, bu, 2019-cu illə müqayisədə 1 milyard 890,7 milyon manat və ya 24,4 faiz çoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678