Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağdaş sakinləri silahlarını könüllü təhvil veriblər

131 Baxış

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qaradağlı kənd sakini Cavanşir Babayevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmçinin, aparılan profilaktik tədbirlər nəticəsində Ağzıbir kənd sakini İslam Xəlilov və Kotavan kəndində yaşayan Famil Əhmədov qanunsuz olaraq saxladıqları “TOZ” markalı odlu silahları könüllü olaraq polis şöbəsinə təhvil veriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678