Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Plastiksiz sahillər” müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTO

151 Baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə “Xəzərimizi birgə qoruyaq” adlı poster və “Plastiksiz sahillər” adlı komikslər müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Nazirlikdən bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən komikslər müsabiqəsinin qalibləri Seyran Cəfərli, Cavid İlham, Hikmət Mürsəlzadə, poster müsabiqəsinin qalibləri isə Səbinə Abdullayeva, Nərmin Kərimova və Günay Nəcəfzadə olub. Qaliblərə sertifikat və pul mükafatı təqdim edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı insanların öz rəsm əsərləri vasitəsilə Xəzər dənizinin ekoloji problemlərinə və onun həlli yollarına diqqətin artırılması, ictimaiyyətə çağırış etməsi, ekoloji maarifləndirmənin kreativ üsullarla daha geniş auditoriyaya çatdırılmasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678