Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aydın Əliyev: “Vaksinasiya prosesini ölkədə təcili sürətləndirmək lazımdır”

112 Baxış

Vaksinasiya tempimiz son dərəcə aşağıdır, artırılması lazımdır.

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Radiasiya Diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev bu barədə Media.Az-a müsahibəsində deyib.

“Son məlumatlara görə, 65 min nəfər artıq COVID-19-a qarşı peyvənd edilib.

Kütləvi immuniteti inkişaf etdirmək üçün 100 qat daha çox insan peyvənd edilməlidir. Altı ayda 6 milyon insanın peyvənd edilməsinə yalnız bu yolla nail olmaq mümkündür”.

Onun sözlərinə görə, mövcud templə vaksinasiya beş il uzanacaq, bu da ölkəyə maddi zərər vuracaq:

“Altı ay ərzində əhalinin 65-70%-i üçün peyvəndləmə prosesini başa çatdırmasaq, bu, ölkəyə aylıq təqribən 5 milyon manat zərər vuracaq. Məsələ burasındadır ki, artıq birinci ayda peyvənd olunmuşları yeddinci ayda peyvənd etməliyik”.

Həkim 5 milyon manat rəqəminin necə ortaya çıxdığını da izah edib:

“Bu, 195 min doza vaksinin dəyəridir (mövcud tempə görə bir ayda peyvənd olunan 97 500 nəfər üçün iki doza).

“CoronVAC” peyvəndinin bir dozası 15 dollara başa gəlir. Beş ildə artıq ödəniş 300 milyon manata çatacaq. Buna görə də, qısa müddətdə mümkün qədər çox insanın vaksinasiya ola bilməsi üçün peyvəndləmə prosesini sürətləndirmək məsləhətdir. Bu, karantin məhdudiyyətlərinin ən qısa müddətdə aradan qaldırılmasına imkan verəcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678