Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hərbi jurnalistlər kursantlara seminar keçdilər – VİDEO

124 Baxış

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün “Silahlı münaqişələrdə medianın rolu” mövzusunda seminar təşkil olunub.

Tədbirdə Azərbaycan jurnalistikasının peşəkar hərbi müxbirləri hərbi məktəbin kursantları qarşısında silahlı münaqişələrdə medianın rolu ətrafında mühazirələrlə çıxış ediblər.

Jurnalistlər 44 günlük Vətən müharibəsi ərzində müşahidə etdikləri media nümayəndələri ilə hərbi qulluqçular arasında qarşılıqlı əlaqə və birgə fəaliyyətin təşkili məsələlərinə toxunublar. 

Mühazirədə iştirak edən jurnalistlər sonda fəxri fərmanlarla təltif ediliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678