Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göygöldə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

111 Baxış

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un məlumatına görə, hadisə rayonun mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb. Kiçik tutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində 55 yaşlı Cahid Mirzəyev, 36 yaşlı Tofiq Həsənov və 35 yaşlı Mehman Bayramov müxtəlif xəsarətlər alıblar.

Yaralılara əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Onlardan ikisinin vəziyyəti normal, C.Mirzəyevin aldığı xəsarət isə digərlərinə nisbətən ciddi qiymətləndirilib.

Yaralılar öz istəkləri ilə şəxsi avtomobillə Gəncə şəhərində olan xəstəxanaların birinə gediblər.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678