Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev: “Bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar”

119 Baxış

Azərbaycan yalnız ölkə daxilində deyil, eyni zamanda qlobal səviyyədə də koronavirusla mübarizəyə mühüm töhfə verir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçkisi Hikmət Hacıyev “COVİD-19 pandemiyasının və vaksinasiyanın geopolitikası” adlı konfransda deyib.

H.Hacıyev vurğulayıb ki, BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü məhz Prezident İlham Əliyev tərəfindən irəli sürüldü və biz çox şadıq ki, bu təşəbbüs dəstəkləndi.

PA rəsmisi bildirib ki, Azərbaycan bu gün də özünün qlobal səviyyədə dəstəyini göstərir.

Vaksinasiya haqqında danışan H.Hacıyev vurğulayıb ki, bir sıra ölkələr, o cümlədən Azərbaycan vaksinasiyanı tətbiq etməyə başlayıb: “Azərbaycanda vaksinasiya strategiyası hazırlanıb və ilkin olaraq risk qrupuna daxil olan insanların vaksinasiyası həyata keçirilir. Eyni zamanda, biz dünya təcrübəsini də nəzərə alırıq”.

H.Hacıyev bildirib ki, bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar: “Təəssüflər olsun ki, bu cür addımlar kasıb ölkələrin vaksin almaq imkanlarını məhdudaşdırır. Kasıb ölkələrin də vaksinlərə çıxışını təmin etmək lazımdır. Biz bütün BMT ölkələri arasında əməkdaşlığı gücləndirməklə bu bəlaya qalib gələ bilərik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678