Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik rəsmisi: “Şəxsi ədavət niyyəti ilə məlumatlar yayılır”

135 Baxış

“2017-ci ildə Azərbaycanda 55 min kubmetr meşə ərazisi qırılıb”. 

Oxu.Az-ın məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə bu rəqəm 28 min kubmetr təşkil edib:

“2019-cu ildə 18 min kubmetr, 2020-ci ildə 10 min kubmetrə yaxın meşə ərazisi qırılıb. Son dörd ildə meşə qırmalarının həcmi 45 min kubmetr və ya 5,5 dəfə azalıb. Bu, böyük göstəricidir. Bu sahədə müsbət dinamika var”.

“Sosial şəbəkələrdə bəzən qərəzli videolar, şəxsi ədavət niyyəti ilə məlumatlar yayılır. Bunlar isə bizim işimizə mane olur. Elektron informasiya mənbələrində tamamilə mənbəyi bilinməyən məlumat verilir”, – deyə H.Əlizadə qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678