Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda kişinin boğazına zəncir vurdular: DİN hərəkətə keçdi – VİDEO

263 Baxış

Paytaxtın Sabunçu rayonunda vətəndaşın boğazına zəncir vurub bağlayıblar. 

Bu barədə videögörüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Videogörüntülərdə obyekt sahibi məkanına oğurluğa girməkdə ittiham etdiyi şəxsin boğazına zəncir vuraraq onu cəzalandırıb. 

Sosial şəbəkədə sürətlə yayılan videogörüntülər şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. 

Məsələ ilə bağlı Dazili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sosial şəbəkə seqmentlərində yayılan videogörüntülər araşdırılır: 

“Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunub. Şəxs müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678