Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasının nadir incilərindən biri “Suraxanı” xalçası – FOTO

128 Baxış

Sankt-Peterburq şəhərindəki Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasının nadir incilərindən biri olan XVIII əsrə aid məşhur “Suraxanı” xalçasının fotosu paylaşılıb.

Foto Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova tərəfindən sosial şəbəkədə yayımlanıb.

Bakı qrupuna aid “Suraxanı” xalçasının ara sahəsinin mərkəzi şaquli oxu boyunca üç göl və boşluqlarda müvafiq doldurucu naxışlar təsvir olunub.

Orta hissə xalq arasında məşhur olan “kilimgülü”, aşağı və yuxarı tərəflər isə “kaşı” adlanan səkkizguşəli göllərdən ibarətdir. Bu göllərin ətraf boşluqları isə xalçaçıların “sacayaq”, “cıqqabuta”, “ulduz”, “taclı quş” və “damğa” dedikləri naxışlarla doldurulmuşdur.

Xalçanın ara sahəsini “kaşı”, “dolama-qarmaq” və “qeysi-bişah” adlı haşiyə qurşaqları əhatə edir. Kolorit baxımından onun bədii tərtibatı Bakı qrupunun xalçalarına xas olan rənglərdən ibarətdir.

Xalça “Suraxanı”. Bakı, Azərbaycan. XVIII əsrin sonu. Əriş, arğac – yun, pambıq, xov – yun. Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyası:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678