Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı – VİDEO

143 Baxış

Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından bir ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin üç yeniyetmə tərəfindən törədilməsi məlum olub.  

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb. 

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678