Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın əksər ərazilərinə qar yağır – VİDEO

126 Baxış

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 17-si saat 15:00-a olan məlumatına əsasən Bakının Maştağa, Binə, Pirallahı qəsəbələrinə, həmçinin Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Mərəzə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Göytəpə, Lənkəran, Astara, Xınalığa yağış, Şabran, Nabran, Sarıbaş (Qax), Xaltan, Quba, Xaçmaz, Qrız, Tovuz, Ağstafa, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.

Şimal-qərb küləyinin sürəti Xınalıq, Naftalanda 28, Neftçalada 26, Tərtərdə 25, Gəncədə 24, Şəmkir, Salyanda 18, Xaçmaz, Şəki, Hacıqabul, Qrızda 16, Qum adası, Pirallahıda 23, Bakıda 20, Çilov adası, Neft Daşlarında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678