Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda pivə istehsalı 50 faizdən çox artıb – FOTO

130 Baxış

Azərbaycanda 2021-ci ilin yanvar ayı ərzində 30 milyon manat dəyərində içki məhsulu istehsal edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə içki istehsalı 4,8 faiz azalıb.

İçki məhsullarından konyak istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 85,3 faiz, araq istehsalı 62,9 faiz azalıb. Pivə istehsalı 53 faiz, alkoqolsuz içkilərin istehsalı isə 30 faiz artıb.

Ölkəmizdə mühüm məhsul növlərindən hesab edilən üzüm şərabı istehsalı isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678